Rusiya hərbçiləri bu gün, iyunun 20-də Donetsk vilayətinin kəndini kaset bombalarından atəşə tutub. Nəticədə 3 nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Donetsk vilayət prokurorluğuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, rusiyalılar Roskoşnoye kəndini yerli vaxtla saat 12:20-də “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub . Nəticədə 64 yaşlı qadın, 30 və 42 yaşlı iki kişi həlak olub.
Eyni zamanda, daha 4 nəfər mina partlayıcısı və qəlpə yaraları alıb, o cümlədən qurbanlar arasında 14 yaşlı oğlan da var.
Qəsəbənin atəşə tutulması nəticəsində 4 təsərrüfata, 2 avtomobilə və qaz xəttinə ziyan dəyib.
QAZİLER.AZ
![](https://img.qaziler.az/gallery/2024/06/160622_66743b49c3590.jpg)