Ayasofya məscidinin elektron surəti yaradıldı

Ayasofya məscidinin elektron surəti yaradıldı backend

Türkiyədə məşhur Ayasofya məscidinin elektron surəti yaradılıb, bu isə onun zəlzələ zamanı hətta dağılsa belə, bərpasına imkan verəcək.

QAZÌLER.AZ   Axar.az-a istinaden xəbər verir ki, layihə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi nəzdində Fondlar Baş İdarəsi tərəfindən həyata keçirilib.

Mütəxəssislər iki il ərzində məscidin, demək olar ki, hər kvadratsantimetrini skan ediblər, tikintisi hələ eramızın 537-ci ilində tamamlanan obyektin “elektron klonu”nu yaradıblar.

Layihə İstanbulun tarixi rəmzlərindən birinə dair bütün məlumatların qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə zəmanət verir.

“Biz istəyirik ki, Ayasofya 500 ildən sonra da bugünkü kimi qalsın. Toplanmış məlumatlar sayəsində təbii fəlakətlərdən ciddi ziyanın dəyəcəyi təqdirdə tikilinin memarlıq görünüşünün bərpası mümkün olacaq”, - Fondlar Baş İdarəsinin nümayəndəsi Şəngül Koncagül jurnalistlərə bildirib.

Diaspora