Yerli vaxtla 13:24 radələrində İranın Rəzəvi Xorasan əyalətinin Kəşmir rayonunda 5 bal gücündə zəlzələ baş verib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, zəlzələ nəticəsində azı 4 nəfər ölüb, 120-dən çox insan yaralanıb. Yaralılardan 35-i müalicə olunmaq üçün xəstəxanalara yerləşdirilib.
Zəlzələnin əsasən qəzalı binalara ziyan vurduğu bildirilir.
Kəşmir qubernatoru bildirib ki, ölənlərdən ikisi zəlzələdən qaçarkən ölüb, ikisi isə dağıntılar altında qalıb.