Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunda meşə yanğını baş verib. Bölgədə əsən küləyin təsiri ilə böyüyən yanğına qurudan və havadan müdaxilə edilir.
QAZÌLER. AZ Axar.az-a istinaden xəbər verir ki, Çanaqqalanın Gelibolu yarımadasında yerləşən əkin sahəsində naməlum səbəbdən başlayan yanğın qısa vaxt ərzində meşəlik əraziyə yayılıb. Yanğın səbəbindən ətrafdakı bir çox yaşayış məntəqəsi üzərində qatı tüstü meydana gəlib.
Hadisə ilə bağlı Çanaqqala Valiliyindən açıqlama verilib. Bildirilib ki, qabaqlayıcı tədbirlər çərçivəsində Çanaqqalanın Böyükanafarta kəndi boşaldılıb.
Hazırda həm havadan, həm də qurudan yanğına müdaxilə qrupları səfərbər edilib. Vətəndaşlara bölgədə diqqətli olmaları ilə bağlı xəbərdarlıq olunub.
Çanaqqala boğazında gəmilərin hərəkəti məhdudlaşdırılıb.