Ermənistan Belarusa nota verib

Ermənistan Belarusa nota verib backend

Ermənistan Belarusa nota verib.

Apa Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

O bildirib ki, buna səbəb Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlazın iyunun 13-də ölkəsi ilə bağlı verdiyi bəyanatdır.

Ani Badalyanın sözlərinə görə, Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi iyunun 13-də verdiyi bəyanatla Ermənistanın daxili işlərinə qarışıb.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Bundan sonra Ermənistan səfirini Belarusdan geri çağırıb. Belarus tərəfi də analoji addımı atacağını bəyan edib.

Belarus XİN isə dünən cavabında “əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, heç də uzaqgörən mövqe deyil”, - deyə Ermənistana cavab verib.

Diaspora