Rusiyanın Lipetsk şəhərinin keşişi Aşeulovun üç oğlu vətənə xəyanətdə mühakimə olunacaq.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, baş hərbi prokurorluq ittiham aktını təsdiqləyib və Lipetsk ruhanisi İqor Aşçeulovun üç oğlunun işini hərbi məhkəməyə göndərib.
Onlar Kursk vilayətində Ukrayna ilə dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən saxlanılıblar.
İstintaq orqanlarının məlumatına görə, qardaşlar Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq və Rusiyaya qarşı onların tərəfində döyüşmək niyyətində olublar.
Üç Aşeulov qardaşı: Aleksey, İoan və Timofeyə qarşı cinayət işi üzrə istintaq başa çatıb, agentlik hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Şübhəlilərin hər biri Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham olunur: Bu, dövlətə xəyanət cəhdi, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq dövlət sərhədini qanunsuz keçməyə cəhd və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq tanınan bir təşkilatın fəaliyyətində iştirak etmək cəhdidir.
QAZİLER.AZ