Türkiyənin İki vilayətində meşə yanğını

Türkiyənin İki vilayətində meşə yanğını backend

Türkiyənin Balıkesir bölgəsinin İvrindi və Dənizlinin Babadağ rayonlarında baş verən meşə yanğınları nəzarət altına alınmağa çalışılır.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, İrvindinin Kınık rayonunun kəndi yaxınlığındakı meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbər üzərinə Balıkesir Meşə Region Müdirliyi qrupları yanğından təsirlənən bölgəyə sövq edilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar, yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.


Dənizlinin Babadağ rayonunda baş verən meşə yanğınına da qurudan və havadan müdaxilə edilir.

Yeniköy Məhəlləsi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Dənizli Meşə Region Müdirliyi qrupları bölgəyə sövq edildi.

Havadan və qurudan müdaxiləyə başlayan yanğınsöndürənlər, yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

QAZİLER.AZ

Diaspora