Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb - VİDEO

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb - VİDEO backend

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb.

Apa-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Putin Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Kiyevlə danışıqların şərtləri bunlardır: Ukrayna qoşunları Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin inzibati sərhədləri daxilindən tamamilə çıxarılmalıdır.

Ukrayna qoşunlarının real çıxarılması başlayan kimi və Kiyev NATO üzvlüyündən imtina etmək planlarını bildirən kimi, Moskva atəşkəs və danışıqların başlanması barədə göstəriş verəcək.

"Rusiya ordusu Xerson və Zaporojye vilayətlərinin bir hissəsini ələ keçirdikdən sonra bir sıra ölkələr vasitəçiliyə hazır olduqlarını bəyan ediblər", o deyib.

Putinin sözlərinə görə, Rusiya 2022-ci il martın 5-də Moskvaya səfər edən xarici liderin vasitəçiliyini qəbul edib.

Putin qeyd edib ki, 2022-ci ilin martında Moskva Rusiyanın Krıma quru çıxış şərti ilə Ukraynanın Xerson və Zaporojye vilayətləri üzərində suverenliyini qoruyub saxlamağı istisna etməyib.

Rusiya Prezidenti həmin vaxt vasitəçilik edən xarici ölkə liderinin daha sonra Kiyevə səfər etdiyini, bu təklifi orada səsləndirdiyini, lakin Ukraynanın həmin təklifi rədd etdiyini və həmin xarici ölkə liderini Rusiyanın maraqlarını müdafiə etməkdə günahlandırdığını söyləyib.

Qeyd edək ki, 2022-ci ilin martın 5-i tarixində İsrailin o vaxtkı Baş naziri Naftali Bennet Moskvaya səfər edib.

O qeyd edib ki, Rusiya Ukrayna hərbi birlik və birləşmələrinin maneəsiz və təhlükəsiz çıxarılmasına zəmanət verir.

QAZİLER.AZ "izvestiya"ya istinadən Putinin bu çıxışını təqdim edir:

Diaspora