Rusiya İstintaq Komitəsi Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak edən muzdluları qiyabi həbs etməyi xahiş edir.
Qaziler.az bildirir ki, Rusiya İstintaq Komitəsi (İK) məhkəmədən Ukraynada hərbi əməliyyatlarda iştirak edən iki muzdlu əsgərin qiyabi həbs olunmasını xahiş edir.
Bu barədə TASS məlumat yayıb.
İstintaqın vəsatəti Moskvanın Basmannı məhkəməsinə verilib. Rusiya Federasiyası İstintaq Komitəsi orada R.Tinaşvili və N.Ştrutsel barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsini xahiş edir.
Müraciətə qısa zamanda baxılacaq.
QAZİLER.AZ