Rusiya məhkəməsi "Gürcüstan Milli Legionu"nu terror təşkilatı kimi tanıyıb.
Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Cənub Dairə Hərbi Məhkəməsi “Gürcüstan Milli Legionu” könüllü təxribat-kəşfiyyat bölməsini terror təşkilatı kimi tanıyıb.
Bu məhkəmə qərarı və federal qanun fonunda bölmənin fəaliyyəti indi Rusiyada qadağandır.
"Gürcüstan Milli Legionu 2014-cü ildə Ukrayna hərbi kəşfiyyatının rəhbərliyi altında yaradılıb. Qadağan olunmuş təşkilatın üzvləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüş əməliyyatlarında iştirak edir və Rusiyada terror aktlarının təşkilində iştirak edirlər", - məlumatda deyilir.
QAZİLER.AZ