Türkiyədə fabrik yanır

Türkiyədə fabrik yanır backend

Türkiyənin Samsun bölgəsinin Tekkeköy rayonunda plastik fabrikində baş verən və qonşu fabrikə keçən yanğına müdaxilə edilir.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, şəhərin Nenehatun küçəsində yerləşən plastik zavodunda naməlum səbəbdən yanğın baş verib.

Fabrik işçilərinin vəziyyəti bildirməsindən sonra bölgəyə yanğınsöndürmə briqadası, polis və 112 Təcili Tibbi Yardım qrupları göndərilib.

Yanğınsöndürənlər sürətlə böyüyən və qonşuluqdakı başqa bir plastik zavoduna keçən yanğına müdaxilə etməyə davam edir.


Samsun valisi Orhan Tavlı: "Ölən və xəsarət alan olmayıb. Böyükşəhər Bələdiyyəsi yanğınsöndürmə briqadaları və xilasedicilər yanğının söndürülməsi üçün işlərini davam etdirir. Rayonlardakı yanğınsöndürmə briqadaları da işə dəstək verir. Hadisə yerində su tankerləri hazır vəziyyətdə saxlanılır”, - deyə bildirib.

QAZİLER.AZ

Diaspora