Türkiyə xarici işlər naziri Hakan Fidan Şimali Makedoniyanın paytaxtı Skopyedədir.
Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, türkiyəli nazir burada keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SECP) Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında iştirak edib.
türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı X sosial media platformasında paylaşım edib.
Yazıda Fidanın Yunanıstan xarici işlər naziri Yorqos Gerapetritis , Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani və Serbiyanın xarici işlər naziri Marko Djuric ilə görüşdüyü açıqlanıb.
QAZİLER.AZ