Türkiyənin Kastamonu şəhərinin Araç rayonunda baş verən yanğında 11 ev yanıb.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonun Susuz kəndində naməlum səbəbdən yanğın baş verib.
Kastamonu və Karabük xilasetmə qrupları və Kastamonu Meşə Region Müdirliyi qrupları xəbər üzərinə hadisə yerinə gedərək yanğına müdaxilə etdi.
Yanğın zamanı 11 ev yararsız hala düşüb. Hadisə yerində qrupların işi davam edir.
Kəndə baxış keçirən vali Meftun Dallı jurnalistlərə bildirib ki, yanğın yerli vaxtla saat 14:00 radələrində başlayıb.
Yanğında can itkisinin olmadığını vurğulayan Dallı, "Üç heyvanımız tələf oldu. Bu, AFAD tərəfindən ümumi həyata təsir edən yanğın sayılacaq. İnşallah, evləri yanan vətəndaşlarımızın da evləri yenidən tikiləcək", - dedi.
QAZİLER.AZ