Güclü külək və yağış Mahaçqalada fəsadlara yol açıb - VİDEO

Güclü külək və yağış Mahaçqalada fəsadlara yol açıb - VİDEO backend

Dağıstanın Mahaçqala şəhərində əlverişsiz hava dağıntılara və nəqliyyatın sıxlığına səbəb olub.

Qaziler.az bildirir ki, “İzvestiya”  iyunun 13-də baş verən pis havanın görüntülərini dərc edir.

Kadrlarda siklonun bölgədə qum fırtınasına və güclü yağışa necə səbəb olduğu əks olunub. "Mahaçqalanın mərkəzi tıxacda qalıb - yağışdan sonra yollar su altında qalıb", - "İzvestiya"nın müxbiri Murad Maqomedov bildirib. Onun bildirdiyinə görə, küləyin sürəti 25 m/s-ə çatır.

Dağıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbərdarlıq edib ki, çaylar məcrasından çıxa bilər və bu, qismən daşqınlara səbəb olacaq.

Nazirlik yerli sakinləri ayıq və son dərəcə diqqətli olmağa çağırıb.

QAZİLER.AZ