Türkiyənin Malatya şəhərində bir fabrikdə çalışan 59 işçi qida zəhərlənməsi şübhəsi ilə müalicə olunub.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.
Mütəşəkkil sənaye zonasındakı fabrikdə çalışan işçilər yemək yedikdən sonra ürək bulanması və baş ağrısı şikayətləri ilə Malatya Təhsil və Araşdırma Xəstəxanasına və Battalgazi Dövlət Xəstəxanasına müraciət ediblər.
Qidadan zəhərlənən 59 işçiyə tibbi yardım göstərilib. İşçilərin sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.
QAZİLER.AZ