Ukraynanın 44 yaşlı əməkdar artisti vəfat edib

Ukraynanın 44 yaşlı əməkdar artisti vəfat edib backend

Lvovda iyunun 13-də 44 yaşında Ukraynanın əməkdar artisti, Solomiya Kruşelnitskaya adına Lvov Milli Opera və Balet Teatrının baletinin aparıcı solisti Kristina Trax vəfat edib. Teatrda işlədiyi 28 il ərzində sənətçinin repertuarına iyirmidən çox solo rol daxil idi.

Qaziler.az xəbər verir ki, bu barədə Lvov Milli Operasının "Facebook" səhifəsində bildirilib..

Sənətçinin klassik rəqs texnikalarını mükəmməl bildiyi vurğulanır.

Solistin repertuarında Nikiya, Qamzatti, Kitri, Küçə Rəqqası, Dryadların Sahibi ("La Bayadère", L. Minkusun "Don Kixot"), Jizel, Mirta (A. Adam), Medora (A. Adamın "Korsar"), Svanilda (L. Delibesin "Koppeliya"), Solomiya Kruşelnitskaya (Q. Puççini-M. Skorik tərəfindən "Kəpənəyin qayıdışı") və s.

Kristina truppa ilə birlikdə dəfələrlə Ukrayna incəsənətini xaricdə qastrol səfərlərində təmsil edib.

QAZİLER.AZ

 

Diaspora