Rusiya prezidenti Vladimir Putin Moskva yaxınlığındakı "Crocus City Hall"da terror aktı zamanı insanları xilas edən üç məktəblini medalla təltif edib.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, Rusiyanın dövlət başçısı müvafiq sərəncamı iyunun 13-də imzalayıb.
Mükafatı Viktoriya Volçixina, Aleksandr Jurik və Yelizaveta Terexova alıblar.
"Krokus Siti Hall"da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıblar və konsert zalını yandırıblar. Son məlumatlara görə, hücum nəticəsində 145 nəfər ölüb, 551 nəfər yaralanıb.
QAZİLER.AZ