Osman Nuri K.-nın həyat yoldaşı ilə ayrılıq dönəmində yaşadığı problemlərə görə kin yaşadığı üçün qızı və nəvəsini öldürdüyü öyrənilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu səhər Türkiyədə, Eskişehrdə dəhşətli qətl hadisəsi baş verib.
Adanadan Eskişehrə gələn Osman Nuri K. Odunpazarı rayonunda yaşayan 31 yaşlı qızı Merve Karabaş və 7 yaşlı nəvəsi Alp Ata Karabaşı tapança ilə vuraraq öldürüb.
Məlum olub ki, o, kin bəslədiyinə görə qızı və nəvəsini öldürüb.
Qətlin Osman Nuri K.-nin həyat yoldaşından boşandığı zaman qızı ilə yaşadığı problem səbəbindən baş verdiyi öyrənilib.
Osman Nuri K.-nın həyat yoldaşının Əskişəhərə gəlməsi və boşanma dövründə qızı ilə təxminən bir aya yaxın qalması səbəbindən Merve Karabaşa qarşı düşmənçilik bəslədiyi və qətli məhz buna görə törətdiyi iddia edilir.
QAZİLER.AZ