Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyəm - Paşinyan

Lukaşenko prezident olduğu müddətdə Belarusa səfər etməyəcəyəm - Paşinyan backend

Bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Mən bəyan edirəm ki, Aleksandr Lukaşenko prezident olduğu müddətdə bir daha Belarusa gəlməyəcəyəm”, - o vurğulayıb.

N.Paşinyan hesab edir ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər.

Diaspora