Ermənistanda etirazçılara qarşı səs bombalarından istifadə edilib

Ermənistanda etirazçılara qarşı səs bombalarından istifadə edilib backend

Ermənistan parlamentinin binası yaxınlığında polis etirazçılara qarşı səs bombalarından istifadə edib.

Qaziler.az bildirir ki, TASS bu barədə etiraz aksiyalarının yayımına istinadən xəbər verir.

Burada yaralı nümayişçilərin olduğu iddia edilir. Səs bombalarından istifadə faktını parlamentin spikeri Alen Simonyan da təsdiqləyib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq istədiyini bildirib. Onun sözlərinə görə, vaxt hələ müəyyən edilməyib. Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edərək bildirib ki, Paşinyan qurumdan nə vaxt çıxacağına ölkənin qərar verəcəyini deyib.

QAZİLER.AZ

Diaspora