Paşinyan istefasının şərtlərini açıqladı

Paşinyan istefasının şərtlərini açıqladı backend

Ermənistan hökuməti yalnız xalq istəsə istefa verəcək.

Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament parkında keçirdiyi brifinqdə deyib.

O müxalifətin hakimiyyət dəyişikliyi tələbi ilə qanunvericilik binası yaxınlığında keçirilən mitinqinə belə cavab verib.

“On dəfələrlə bəyan etmişəm ki, əgər Ermənistan Respublikasının xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək”, - Paşinyan bildirib.

Bundan əlavə, Ermənistan hökumətinin başçısı parlament binası qarşısında polis qüvvələrinin və xüsusi texnikanın böyük cəmləşməsindən danışıb. O, bunu “qanunvericilik orqanının normal fəaliyyətinin təmin edilməsi” zərurəti ilə izah edib.

QAZİLER.AZ

Diaspora