HƏMAS vasitəçilərə atəşkəslə bağlı cavabını verib

HƏMAS vasitəçilərə atəşkəslə bağlı cavabını verib backend

HƏMAS atəşkəs planına cavabını vasitəçilərə çatdırdığını, İsrailin hücumlarına və işğalına son qoymağa üstünlük verdiyini və konstruktiv danışıqlara hazır olduğunu açıqlayıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, HƏMAS və "İslami Cihad" Hərəkatının birgə bəyanatına görə, atəşkəs təklifinə cavab verilərkən “Fələstin xalqının maraqları, Qəzzaya davam edən hücumun tamamilə dayandırılması və (İsrailin) ​​Qəzza zolağından bütünlüklə çıxarılması” prioritet təşkil edir.

Açıqlamada, "Fələstin heyəti milli məsuliyyətin şüuru ilə xalqımıza qarşı bu müharibəni bitirəcək razılaşmaya müsbət yanaşma nümayiş etdirir". deyildi.

Digər tərəfdən Misir və Qətər Qəzza zolağında atəşkəslə bağlı ABŞ-ın etdiyi təklifə Həmas Hərəkatı və digər Fələstinli qrupların cavabını aldıqlarını açıqlayıb.

Misir Xarici İşlər Nazirliyinin sözçüsü və Qətər Xarici İşlər Nazirliyin X hesabında birgə açıqlama verərək, "Misir və Qətər atəşkəs təklifi ilə bağlı HƏMAS və Fələstin qruplarından cavab aldıqlarını açıqladılar" - deyiblər.

Yazıda ABŞ ilə razılığa gəlmək üçün davam edən səylərin davam etdiyi, vasitəçi ölkələrin cavabının araşdırılacağı və atılacaq növbəti addımlarla bağlı müvafiq tərəflərlə koordinasiya aparılacağı bildirilib.

QAZİLER.AZ

Diaspora