Çanaqqalada meşəlik ərazidə baş verən yanğına müdaxilə edilir

Çanaqqalada meşəlik ərazidə baş verən yanğına müdaxilə edilir backend

Türkiyənin Çanaqqala bölgəsinin Bayramiç rayonunda meşəlik ərazidə baş verən yanğın havadan və qurudan müdaxilə ilə nəzarət altına alınmağa çalışılır.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, rayonun Sarıdüz kəndində meşə sahəsində naməlum səbəbdən yanğın baş verib.

Xəbərdarlıq üzərinə Çanaqqala Meşə Region Müdirliyində yerləşən yanğınsöndürmə təyyarələri, vertolyotlar, quru maşınları və çoxlu sayda personal bölgəyə göndərilib.

Havadan və qurudan müdaxiləyə başlayan qruplar, yanğını nəzarət altına almaq üçün işlərini davam etdirir.

QAZİLER.AZ

Diaspora