Malatyada FETÖ əməliyyatında 4 şübhəli tutulub

Malatyada FETÖ əməliyyatında 4 şübhəli tutulub backend

Türkiyə Malatyada Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı keçirilən əməliyyatda 4 şübhəli saxlanılıb.

Qaziler.az bildirir ki, Vilayət Jandarma Komandanlığından verilən açıqlamaya görə, TEM Şöbə Müdirliyi və MİT Başçılığı FETÖ terror təşkilatının fəaliyyətinin aşkarlanması, deşifrə edilməsi və qarşısının alınması üçün işlərə başlayıb.

Malatya Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində eyni vaxtda həyata keçirilən əməliyyatda təşkilat daxilində fəaliyyət göstərdiyi təsbit edilən 4 qadın şübhəli yaxalanıb.

Şübhəlilərin evlərində və iş yerlərində aparılan axtarış zamanı çoxlu təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

QAZİLER.AZ

Diaspora