İyunun 10-da Gürcüstan parlamentinin bürosu parlament çoxluğunun LGBT icmasının hüquq və azadlıqlarının məhdudlaşdırılmasını təmin edən qanun layihəsini təqdim edib.
Qaziler.az Gürcüstan mətbuatına istinadən bildirir ki, sənədə “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” yeni qanun layihəsi və mövcud qanunlara əlavə 18 dəyişiklik daxildir.
Əsas qanun layihəsi 13 maddədən ibarətdir.
Qanun layihəsi kişi və qadın anlayışlarını müəyyən edir. Burada həmçinin cinsiyyətin dəyişdirilməsi əməliyyatlarına qadağa qoyulması, LGBT insanların iştirak etdiyi seksual xarakterli səhnələrin yayımının qadağan edilməsi və s.
Qanun layihəsinin izahat qeydində bildirilir ki, o, Gürcüstanın beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı öhdəliklərə və Gürcüstanla Avropa İttifaqı arasında imzalanmış sazişlərə zidd deyil.
QAZİLER.AZ