Rusiyanın "baş oğrusu" ömürlük həbs cəzası alıb -17 cinayət ortağı da məhkum edilib

Rusiyanın "baş oğrusu" ömürlük həbs cəzası alıb -17 cinayət ortağı da məhkum edilib backend

Rusiya 2-ci Qərb Dairə Hərbi Məhkəməsi "Şişkan" ləqəbi ilə tanınan kriminal rəhbəri Oleq Medvedevi (Şişkanov) ömürlük həbs cəzasına məhkum edib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, məhkəmə Moskva Şəhər Məhkəməsinin ən böyük salonlarından birində yerində keçirilib. Şişkan cəzasını xüsusi rejimli koloniyada çəkəcək. O, həmçinin beş milyon rubl cərimə olunub.

Bundan əlavə, məhkəmə Şişkanın cinayət işi üzrə 17 müttəhimə ömürlük həbs cəzası kəsib.

Onlara həmçinin 1,1 milyon rubldan 4 milyon rubla qədər cərimə və 1,5 ildən 2 ilədək azadlıqdan məhrumetmə cəzası təyin edib.

QAZİLER.AZ

Diaspora