Moskvanın şimalında Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Başilovskaya küçəsində yerləşən avtosalonda baş vermiş yanğını söndürüblər.
Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, bu barədə bazar ertəsi, iyunun 10-da idarədən məlumat verilib.
“Yanğınsöndürənlərin səyi nəticəsində yanğın tamamilə söndürülüb”, - Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Yanğının söndürülməsində 113 xilasedici və 35 texnika iştirak edib. Ölənlər barədə məlumat verilməyib.
Yanğın iyunun 10-da səhər saatlarında baş verib. Daha sonra yanğın sahəsinin 200 kvadratmetrə qədər artdığı bildirilib. Bir müddət sonra lokallaşdırılıb.
QAZİLER.AZ