Türkiyədə mərkəzi Ordu vilayəti olmaqla 5 vilayətdə 2 ayrı mütəşəkkil cinayət təşkilatına qarşı keçirilən "Kuyu-3" əməliyyatında 30 şübhəli saxlanılıb.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında KOM Başçılığı; Ordu, İzmir, Kocaeli, Antalya, Tekirdağ və Ankarada İl Təhlükəsizlik Müdirləri tərəfindən "KUYU-3" əməliyyatları təşkil edilib.
Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada əməliyyatlar zamanı 30 şübhəlinin tutulduğunu bildirib.
"Keçirilən əməliyyat tədbirləri nəticəsində: 13 ədəd sənədsiz tapança, 1 ədəd AK-47 avtomatı və 3 ədəd sənədsiz ov tüfəngi götürülüb. Əməliyyatları həyata keçirən İzmir Respublika Baş Prokurorluğumuzu və Qəhrəman Polislərimizi təbrik edirəm. Allah ayağınıza daş dəyməsin. Millətimizin duaları sizinlədir", - nazir yazıb.
QAZİLER.AZ