Rusiya ümid edir ki, erməni tərəfi Kiyevdən aldığı Buçada həlak olanların siyahısını Moskvaya təhvil verəcək.
Qaziler.az bildirir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NEWS.ru müxbirinin sualını cavablandırarkən bildirib.
O, Ermənistan nümayəndə heyətinin Kiyev vilayətinin bu şəhərinə səfəri ilə bağlı məlumatı belə cavablandırıb.
Zaxarova ehtimal edir ki, orada baş verənlərlə bağlı İrəvan üçün arayış materialları hazırlanıb.
"Güman ki, erməni nümayəndə heyətinin Kiyev rejiminin Rusiya ordusuna aid etdiyi qurbanların siyahısı var.Yəni ki, guya bu insanları Rusiya tərəfi öldürüb. Biz çox ümid edirik ki, Ermənistan tərəfi siyahını Rusiya tərəfi ilə bölüşəcək. Biz iki ildir ki, təşkilatların, o cümlədən BMT-nin bu məlumatları təqdim etməsinə nail ola bilmirik”, - deyib.
İyunun 2-də Ermənistanın Ukraynadakı səfiri Vladimir Karapetyan və İrəvanın Nor Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan Buçaya səfər ediblər. Ermənistan nümayəndə heyəti şəhərin tibb müəssisələrinə humanitar yardım və dərmanlar verib.
QAZİLER.AZ