Türkiyənin milli təyyarəsi HÜRJET və GÖKBEY xaricə ilk uçuşlarını İngiltərədəki "Farnborough Airshow"da edəcək.
Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.
Türk Havacılık Uzay Sanayii (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET və GÖKBEY 22-26 iyul tarixlərində dünyanın aviasiya, müdafiə və kosmik sənayenin ən nüfuzlu tədbirlərindən biri olan Farnborough Airshow-da nümayiş etdiriləcək.
Tədbir çərçivəsində Türkiyə müdafiə və aviasiya sənayesinin milli təyyarələri xaricdə ilk uçuşlarını edəcək.
Tədbir zamanı milli təyyarələr 4 uçuş həyata keçirəcək.
QAZİLER.AZ