Luqanskın atəşə tutulması nəticəsində xəsarət alanların sayı artıb - Rusiya KİV

Luqanskın atəşə tutulması nəticəsində xəsarət alanların sayı artıb - Rusiya KİV backend

Luqanskda raket hücumu nəticəsində yaralananların sayı 43 nəfərə çatıb.

Qaziler.az bildirir ki, bu barədə iyunun 7-də şəhər hakimiyyəti məlumat yayıb.

Bundan əvvəl 35 nəfərin xəsarət aldığı bildirilirdi.

Həmin gün səhər saatlarında “İzvestiya”nın müxbiri Luqanskda partlayışlar barədə məlumat vermişdi. 

"LXR" rəhbərinin mətbuat katibi Anna Romanova bildirib ki, Ukrayna Silahlı Qüvvələri  şəhərə azı altı ATACMS raketi atıb.

Zərbə nəticəsində yaşayış binasının girişi uçub.

"Bundan başqa, iki məktəb, üç uşaq bağçası və iki təhsil müəssisəsinə ziyan dəyib", - o, qeyd edib.

QAZİLER.AZ

Diaspora