Ukraynanın Sumı vilayətində Rusiya ilə sərhədə yaxın 10 kilometrlik zonada evakuasiya üçün yaşayış məntəqələrinin siyahısı genişləndirilib.
Qaziler.az bildirir ki, bu barədə Sumı vilayət administrasiyasının rəhbəri Vladimir Artyux məlumat verib.
O qeyd edib ki, Regional Müdafiə Şurasının iclasında hərbi komandanlıqdan daha 8 sərhəd yaşayış məntəqəsindən sakinlərin təxliyyəsi ilə bağlı təkliflər olub. Bunlar sərhədə yaxın 10 kilometrlik zonada daim düşmənin atəşi altında olan məskunlaşmış ərazilərdir.
"Sərəncamlar artıq verilib; icmalarla birlikdə bu qərarı icra edəcəklər", - Artyux bildirib.
QAZİLER.AZ