Rusiyanın Kemerovo şəhərində Kuznetski körpüsündə iki tramvayın toqquşması nəticəsində ölənlərin sayı 125 nəfərə çatıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 6-da regionun rəhbəri vəzifəsini icra edən İlya Seredyuk məlumat verib.
“Saat 20:00-a olan məlumata görə, Kuzbasdakı xəstəxanalarda 21 nəfər qalır. Dörd nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta və yüngül qiymətləndirilir”, - Telegram-da dərc olunan mesajda deyilir.
Bundan başqa, 101 nəfər ambulator müalicəyə göndərilib, daha üç nəfər isə həkimlər tərəfindən müayinə olunur.
Seredyuk əmin edib ki, ölən şəxsin ailəsinə hər cür köməklik göstəriləcək.
QAZİLER.AZ