Moskvanın qərbində qətl törətməkdə şübhəli bilinən şəxs həbs olunarkən polisə azı 15 dəfə atəş açıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 6-da Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi məlumat yayıb.
“Polis əməkdaşları bir sıra əməliyyat-axtarış tədbirləri zamanı qətli törətməkdə şübhəli bilinən şəxsi 3 saatdan az vaxt ərzində aşkar ediblər. Aminevskoe şossesində vətəndaşı saxlamaq istəyərkən o, Dövlət Yol Müfəttişliyinin əməkdaşları istiqamətində avtomat silahdan ən azı 15 atəş açıb”, - idarənin məlumatında deyilir.
QAZİLER.AZ