Xarkov vilayətinin Volçansk şəhərində Ukrayna hərbçiləri Rusiyaya məxsus hücum əsgərlərinin bütöv bir qrupunu ələ keçirib.
Bu barədə RBC-Ukrayna kontr-admiral Mixail Bilinski adına 36-cı briqadaya istinadən məlumat yayıb.
“Volçanskda Belinkov dəniz piyadalarının ildırım sürəti ilə əks-hücumu zamanı əsgərlərimiz bir qrup Rusiyanın hücum əsgərlərini ələ keçiriblər”, - məlumatda deyilir.
Bu, Ukrayna hərbçilərinin rusiyalı hərbçilərini ilk dəfə ələ keçirməsi deyil. Məsələn, bu yaxınlarda Donetsk vilayətində sərhədçilər Ukrayna Silahlı Qüvvələrinin geyimində olan Rusiya vətəndaşını ələ keçiriblər.
QAZİLER.AZ