Rusiyanın Kemerovo şəhərində iki tramvayın toqquşması nəticəsində yeddisi uşaq olmaqla 90-dan çox insan xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə cümə axşamı, iyunun 6-da Kemerovo vilayətinin səhiyyə naziri Dmitri Beqlov məlumat verib.
"7-si azyaşlı olmaqla 90-dan çox insan yaralanıb", o, TASS-a bildirib.
Beqlovun sözlərinə görə, azyaşlıların vəziyyəti yüngüldür və ambulator müalicəyə aparılıb.
Həmin gün səhər saatlarında Kemerovoda iki tramvay toqquşub.
Bir qədər əvvəl 80 nəfərin xəsarət aldığı bildirilirdi. Zərərçəkənlər tibb müəssisələrinə yerləşdirilib.
“İzvestiya”nın mənbəsinin sözlərinə görə, idarəetməni itirən tramvayın sükanı arxasında təcrübəsiz qadın sürücü olub. Tramvayın özü də iyunun 2-də texniki baxışdan keçirilib.
QAZİLER.AZ