Rusiyada 80 nəfərin xəsarət aldığı qəza: Tramvayı təcrübəsiz qız idarə edirmiş - VİDEO

Rusiyada 80 nəfərin xəsarət aldığı qəza: Tramvayı təcrübəsiz qız idarə edirmiş - VİDEO backend

Rusiyanın Kemerovo şəhərində idarəetməni itirən tramvayı təcrübəsiz qız sürücü idarə edib.

Qaziler.az bildirir ki, bu barədə iyunun 6-da “İzvestiya”ya mənbə məlumat verib.

Qızın 23 yaşında olduğu dəqiqləşdirilib.

"O, qəza zamanı xəsarət alıb və hazırda xəstəxanadadır", - nəşrin həmsöhbəti bildirib.

Kemerovo Elektrik Nəqliyyat Şirkətinin mətbuat xidmətindən TASS-a verilən məlumata görə, tramvay iyunun 2-də ikinci texniki xidmətdən keçib.

“Tramvay 2024-cü ilin aprelində texniki baxışdan keçib, iyunun 2-də isə TO-2 (ikinci texniki baxım) keçirilib. Tramvay xəttə buraxılanda yaxşı vəziyyətdə olub.  2021-ci ildə istehsal olunub”, - deyə şirkətdən bildirilib.

Həmin gün səhər saatlarında Kemerovoda iki tramvay toqquşub. Son məlumatlara görə, yol qəzalarında xəsarət alanların sayı 80 nəfərə çatıb, onlardan 1 nəfər ölüb.

Zərərçəkənlərin tibb müəssisələrinə yerləşdirildiyi bildirilib.

QAZİLER.AZ

Diaspora