"Ukraynada faciə Qərbin xatırlamaq istəmədiyi dövlət çevrilişi ilə başlayıb",
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib. O, bunun Rusiyanın günahı olmadığını vurğulayıb.
"Hər kəs Rusiyanın Ukraynada müharibəyə başladığına inanır. Amma heç kim - bunu vurğulamaq istəyirəm - Qərbdə, Avropada heç kim bu faciənin necə başladığını xatırlamaq istəmir. Bu, Ukraynada dövlət çevrilişi ilə başladı - konstitusiyaya zidd dövlət çevrilişi. Bu, müharibənin başlanğıcıdır. Məgər bu çevrilişdə Rusiya günahkardır? Xeyr", -deyə Putin bildirib.
QAZİLER.AZ