Rusiyanın Sankt-Peterburq şəhərində hava təhlükəsinin “sarı” səviyyəsi elan edilib,
Qaziler.az Rusiya mətbuatına istinadən şəhər hökuməti iyunun 5-də bildirib. Rusiya hidrometeorologiya mərkəzindənverilən məlumata görə, xəbərdarlıq iyunun 6-sı saat 15:00-dan iyunun 7-si saat 00:00-dək qüvvədədir.
“Yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq. Həmçinin bəzi yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. “Sarı” səviyyə potensial təhlükəli hava deməkdir”, - məlumatda deyilir.
Sankt-Peterburq hökuməti avtomobil sürücülərini xüsusilə diqqətli olmağa və mümkünsə, qəza riskinin yüksək olması səbəbindən şəxsi nəqliyyat vasitələri ilə hərəkətdən çəkinməyə çağırır. Piyadalar da xüsusi diqqətli olmalıdırlar.
QAZİLER.AZ