Türkiyədə səyahətin təhlükələri açıqlanıb

Türkiyədə səyahətin təhlükələri açıqlanıb backend

“Türkiyədə tətil zamanı ümumi təhlükələrdən biri yaralanma riskinin artmasıdır”.

Qaziler.az xəbər verir ki, bunu “Turizm Agentlikləri Alyansı” assosiasiyasının vitse-prezidenti Aleksan Mkrtçyan “NEWS.ru” ilə söhbətində deyib.

O, bunu yerli kurortlarda aktiv idman növlərinin üstünlük təşkil etməsi ilə izah edib.

Unutmayaq ki, Türkiyədə istirahət çoxlarının düşündüyü kimi sadəcə sahildə uzanmaq deyil. Bundan əlavə, bir çox aktiv istirahət növləri var, məsələn, rafting, paraşütlə tullanma, reaktiv xizək, akvaparklarda attraksionlar, yaxtada üzmək...”, - mənbə “NEWS.ru”ya bildirib.

TAA nümayəndəsi deyir ki, hər şey daxil olmaqla otellərdə limitsiz spirtli içki qəbulu vəziyyəti daha da pisləşdirir. Onun sözlərinə görə, Türkiyədə baş verən qəzaların 80%-i spirtli içki qəbulundan qaynaqlanır.

“Əgər içki içmisinizsə, reaktiv xizək və ya velosipedin sükanı arxasına oturmamalı, qayığa minməməli, paraşütlə tullanmaq və ya yelkənə çıxmamalısınız”, - deyə Mkrtçyan yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora