Moskvada bir nəfər ona irad bildirən şəxsi bıçaqlayıb.
Qaziler.az bildirir ki, bu barədə iyunun 4-də “İzvestiya”ya mənbə məlumat verib.
Məlumata görə, hadisə Rusiya paytaxtının meşə parklarından birində baş verib. Çinayəti törədən şəxs uşaqlara qışqırıb və bu səbəbdən də yoldan keçən 58 yaşlı kişi ona irad bildirib.
Buna cavab olaraq cinayətkar bıçağı çıxararaq yoldan keçəni vurub.
"Zərərçəkən ölüb, hücum edən şəxs isə hadisə yerini tərk edib", - Moskva prokurorluğunun mətbuat xidməti Telegram-da əlavə edib.
Hazırda faktla bağlı cinayət işi başlanıb.
Hadisəni törədənin kimliyi hələ də müəyyən edilməyib.
QAZİLER.AZ