Tverski rayon məhkəməsi Moskvanın Manejnaya meydanında marşal Georgi Jukovun abidəsinin təhqir olunması işi üzrə iki qadını həbs edib.
Qaziler.az bildirir ki, bu barədə iyunun 4-də Rusiya paytaxtının ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
“Moskvanın Tverski Rayon Məhkəməsinin qərarı ilə Vera Nikolayevna Nikolayeva barəsində 1 ay 30 gün müddətinə, yəni 2024-cü il avqustun 3-dək həbs qətimkan tədbiri seçilib”, - deyə Telegram kanalındakı məlumatda bildirilir.
Lısenkova haqqında da avqustun 3-dək həbs qətimkan tədbiri seçilib. Onları 5 ilə qədər həbs gözləyir.
QAZİLER.AZ