İran Avrasiya İqtisadi Birliyində (Aİİ) müşahidəçi dövlət statusu almaq istəyini ifadə edib. Müvafiq qərar 2024-cü ilin sonuna qədər verilə bilər.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib. Onun sözlərinə görə, bu beynəlxalq təşkilatda müşahidəçi olmaq üçün müəyyən prosedurlardan keçmək lazımdır, əgər uğurlu olarsa, İranın AİB-də müşahidəçi olmaq üçün bütün imkanları var.
“Müəyyən prosedurlar var. Əgər onlar yerinə yetirilərsə, prinsipcə, İranın AİB-də müşahidəçi statusu ilə bağlı qərar təxminən bu ilin dekabr ayının sonunda verilə bilər”, - Aleksey Overçuk qeyd edib.
QAZİLER.AZ