Ən pis halda Rusiya Xarkovda Hələb ssenarisini təkrarlaya bilər - Litvinenko

Ən pis halda Rusiya Xarkovda Hələb ssenarisini təkrarlaya bilər -  Litvinenko backend

Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Ən pis halda, Kreml 2016-cı ildə Suriyanın  Hələbin şəhərinə qarşı istifadə etdiyi strategiyanı Xarkovda təkrarlaya bilər.

Qaziler.az bildirir ki,  bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko The Wall Street Journal-a deyib.

O xatırladıb ki, Hələbdə vətəndaş müharibəsində Suriya hökumətinə dəstək verən Rusiya aviasiyası elektrik və su təchizatı sistemlərini sıradan çıxarıb, həmçinin xəstəxana və məktəbləri bombalayıb. Daha sonra Əsəd rejimi şəhəri müxalif qüvvələrdən geri alana qədər Hələbin əhalisi müharibədən əvvəlki səviyyəsinin üçdə birinə düşüb.

“Onlar sadəcə insanları  didərgin saldılar. Onların Xarkov ətrafında etmək istədikləri də budur”, - Litvinenko bildirib.

QAZİLER.AZ

 

Diaspora