İki il əvvəl Rusiyaya aparılan beş yetim uşaq Ukraynaya qaytarıldı - FOTO

İki il əvvəl Rusiyaya aparılan beş yetim uşaq Ukraynaya qaytarıldı - FOTO backend

Bazar günü, iyunun 2-də rusiyalıların 2022-ci ildə Ukraynadan qanunsuz deportasiya etdiyi beş yetim uşaq Nikolayev vilayətinə qayıdıb.

Qaziler.az xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim Facebook-dakı paylaşımında bildirib.

"Bu gün (2 iyun - Red.) Nikolaevdə Novopetrovsk xüsusi məktəbinin 2022-ci ildə rusiyalılar tərəfindən deportasiya dəhşətindən sağ çıxan beş şagirdi ilə görüşdük", - deyə Nikolaev hərbi administrasiyasının rəhbəri bildirib.

O qeyd edib ki, 2022-ci ilin martında müəssisə işğal olunub. 2022-ci ilin iyulunda Rusiya hərbçiləri uşaqları və şəxsi heyəti zorla Xerson vilayətinə, oradan isə Krasnodar vilayətinə aparıblar.

“Həmin ilin noyabrında uşaqlar onları müşayiət edən şəxslərlə birlikdə Rusiya ərazisindən Gürcüstana qaytarıla biliblər”, - deyə rəsmi şəxs qeyd edib.

Məlum olub ki, 4 uşaq yeni ailələrə veriləcək, 17 yaşlı qız isə sentyabrda peşə liseyində təhsil almağa başlayacaq.

QAZİLER.AZ

 

Diaspora