Moskvanın mərkəzində taksi sürücüsü bir nəfəri ayağından güllələyib. Vurulan şəxs sürücünün avtomobili saxlayarkən ona güzgü ilə toxunduğuna görə dalaşıb.
Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, iyunun 3-də “İzvestiya”nın mənbəsi məlumat verib.
Qeyd olunur ki, hadisə iyunun 1-də Tverski bulvarında baş verib.
"Yoldan keçən şəxs taksi sürücüsünün üzünə vurub və onu bıçaqlayacağını qışqıraraq əlini cibinə atıb", - həmsöhbət paylaşıb.
Belə bir hücuma cavab olaraq avtomobilin sürücüsü travmatik tapançanı çıxararaq atəş açıb, güllə kişinin ayağına dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ