Türkiyədə həddindən artıq istilər 2 futbolçu xəstəxanaya yerləşdirilib

Türkiyədə həddindən artıq istilər 2 futbolçu xəstəxanaya yerləşdirilib backend

Türkiyənin Çorum şəhərinin Alaca rayonunda keçirilən həvəskarlar matçında isti havanın təsir etdiyi 2 futbolçu xəstəxanaya yerləşdirilib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə 2-ci Həvəskarlar Pley-off matçında Alacagücü və Mecitözüspor komandaları görüşündə baş verib.

Yüksək hərarətdən təsirlənən iki futbolçu huşunu itirib.

İsti havadan huşunu itirən Koray Dəmir adlı futbolçu təcili yardımla xəstəxanaya aparılarkən, təzyiqi aşağı düşən Mert Uysal isə stadiondakı xəstəxanada müalicə olunub.

QAZİLER.AZ

Diaspora