“İstanbulun Küçükçekmece bölgəsində bu gün səhər saatlarında binanın çökməsi nəticəsində saat 09:35-ə olan məlumata görə, 7 nəfər xəsarət alıb".
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca sosial media hesabındakı paylaşımında bildirib.
O, yaralılardan 5-nin xəstəxanaya aparıldığını, 2 nəfərin isə müalicəyə ehtiyacı olmadığı üçün buraxıldığını qeyd edib.
Nazirin sözlərinə görə, hadisə yerinə 15 təcili yardım maşını gəlib.
O, hadisəyə görə təəssüfünü bildirib.