Əhmədinejad yenidən prezidentliyə namizəd oldu

Əhmədinejad yenidən prezidentliyə namizəd oldu backend

Bu gün İranın eks-prezidenti Mahmud Əhmədinejad 14-cü çağırış prezident seçkilərinə namizədliyini irəli sürüb.

QAZÌLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, Əhmədinejad Daxili İşlər Nazirliyində yaradılan prezident seçkiləri namizədlik qeydiyyatından keçib.

Qeyd edək ki, İranda növbədən kənar prezident seçkiləri 28 iyunda keçiriləcək.

Ölkədə dövlət idarəçiliyində əsas vəzifələrdə ən azı 4 il fəaliyyət göstərən, yaşı 40-75 arasında olan və minimum magistratura üzrə elmi dərəcəsi olan şəxslər prezidentliyə namizəd ola bilərlər. Qeydiyyata alınan şəxslərin namizədliyi İranın Konstitusiyaya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.

Mahmud Əhmədinejad 2005 və 2009-cu illərdə iki dəfə ardıcıl prezident seçilib.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan hər kəs həlak olub

Diaspora