Türkiyənin İstanbul şəhərinin Büyükçekmece rayonunda maraqlı təbiət hadisəsi baş verib.
QAZÌLER.AZ Publika.az-a istinadən xəbər verir ki, həmin ərazidəki dənizin rəngi dəyişib.
Havanın istililəşməsi ilə dənizdəki yosunlar sıxlaşıb. Buna görə də dənizin rəngi bəzi bölgələrdə qırmızı və sarıya çevrilib.
İstanbul Universiteti Su Elmləri Fakültəsinin müəllimi Prof. Dr. Meriç Albay da Büyükçekmecedə dənizin rənginin dəyişməsinə yosunların səbəb olduğunu açıqlayıb.
"Suyun temperaturu artdıqda və çirklənmə mənbələri (azot və fosfor kimi) birləşdikdə yosunlarda artım müşahidə olunur", - deyə o qeyd edib.
Rayon sakinləri isə daha əvvəl belə bir vəziyyətlə qarşılaşmadıqlarını və görüntünün narahatlıq doğurduğunu bildiriblər.